S.Peres: RP20 sürdüyüm ən güclü maşındır

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, RP20 indiyə kimi sürdüyü ən güclü maşındır.

F-1.az xatırladır ki, RP20 keçənilki Mercedes konseptindən ilhamlanaraq düzəldilib. Kanada təmsilçisi testlərdə hələki yaxşı performans göstəriblər və əksəriyyət düşünür ki, “çəhrayılar” bu il orta qrupun ən güclüsü olacaq.

Serxio Peres: “RP20 karyeram ərzində sahib olduğum ən güclü boliddir. Ümid edirəm ki, Melburnda bunun doğruluğu təsdiqlənər. Hələ çox işləməliyik. Ümid edirəm ki, hazır olarıq. İlk dəfə bu il mövsümə güclü başlaya bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*