F-1.az xatırladır ki, Daniel və Niko gələn il komanda yoldaşı olacaqlar. Serxio Peres də 2014-2016-cı illərdə almaniyalı sürücü ilə komanda yoldaşı olub.
Serxio Peres: “Rikkardonun Renault-ya keçidi qəribə oldu. O, orta qrupun əsl gücünü göstərəcək. Gələn il hər şey eyni qalsa, rəqabətdən həzz alacaq. Onu Hülkenberqlə komanda yoldaşı kimi görmək maraqlı olacaq. Çünki Niko ilə işi çətin olacaq”.