F-1.az xatırladır ki, Rikkardo McLaren ilə uğursuz iki mövsüm keçirdikdən sonra Red Bull-un ehtiyat sürücüsü kimi işə başlayıb və Avstraliya yarışında komanda körpüsündə oturub.
Serxio Peres: “Hər şeydən əvvəl Daniel pozitiv insandır. Burada olması gözəldir. Həmişə gülür. Bu komanda üçün əla şeydir. Danielin təcrübəsi var və buna görə də yanımıda olması gözəldir. Məncə, əla işləyir”.