F-1.az xatırladır ki, meksikalı sürücü Bakıdakı 51 dövrəlik yarışa 6-cı yerdən başlayacaq. Qeyd edək ki, Peres keçənilki yarışa 7-ci yerdən başlasa da, yekunda 3-cü yeri tutaraq, podiuma yüksəlmişdi.
Serxio Peres: “Sıralanma turunda əla işlədik. Son cəhdimə çıxmamışdan əvvəl üzərimdə təzyiq çox idi. Çünki ilk cəhdimi bitirməyimə 100 metr qalmış Çarli Uaytinq qırmızı bayraqlarla sessiyanı dayandırmışdı. Lakin sonda əlimizdən gələni edərək, ən yaxşı nəticələri ala bildik. Red Bull-a istədiyimiz səviyyədə yaxın deyilik. Bu gün onlara daha yaxın olmaq istərdim. Belə halla dəfələrlə üzləşmişik. Formula1-də iki kateqoriya var. Biz hazırda ikinci kateqoriyadayıq, lakin yarış uzun olacaq. Yarışda daha çox şey ola bilər. Görəcəyik”.