F-1.az xatırladır ki, meksikalı sürücü yarışa ikinci yerdən başlasa da, startda Şarl Leklerin gerisinə düşüb və orada vaxt itirib. İlk pit-stoplardan sonra isə Soft təkərə keçən 32 yaşlı pilot Hard təkərli Lekleri keçib və sona qədər ikinciliyini qoruyub.
Serxio Peres: “Mövsümə yaxşı başladıq və keçən ilə baxanda əla geridönüş etdik. Qışda çox işlədik və indi yarışdan həzz alırıq. Bolidimiz güclüdür. Bu gün iki bolidin də finişə çatması gözəl idi.
Məncə, məni qələbə yarışından startdakı səhvim qopartdı. Daha sonra zərəri minimuma endirməyə çalışdım. Yəni bu gün mənim maksimumum ikinci yer idi. Mövsüm uzundur və hər sessiya güclənirəm. Özümə inanıram və əlimdən gələnin ən yaxşısını edəcəm”.