F-1.az xatırladır ki, meksikalı sürücü İmoladakı sprint yarışına 7-ci yerdən başlasa da, yaxşı start alaraq, 5-ci yerə yüksəlib. Daha sonra isə Maqnussen və Norrisi keçərək, yarışı 3-cü yerdə bitirib.
Serxio Peres: “Dünənki sıralanma turunun pis nəticəsini düzəltmək vacib idi. Qırmızı bayraqlar işimizi çətinləşdirdi və yaxşı dövrə vura bilmədik. Ancaq bu gün vəziyyətdən çıxdıq və sabah üçün əla yerdəyik. Yarışda ilk iki yeri tutmaq əla olar, amma bu hal tiffozini sevindirməz. Görək nə olur”.