F-1.az xatırladır ki, meksikalı sürücü yarışa 3-cü yerdən başlasa da, yaxşı startla ikinci yerə yüksəlib və yarış ərzində Leklerdən müdafiə olunaraq, komandasına mövsümdəki ilk qələbə dublunu gətirib.
Serxio Peres: “Yarışın startından etibarən gərgin mübarizə var idi. Davamlı mübarizə aparırdıq. Pit-stopdan sonra təkərləri qızdırarkən bizə çatdılar və mübarizə apardıq. Bu gün əsas hədəf səhv etməmək idi. Belə şəraitdə qələbə dublu qazanmaq çox çətin idi. Komanda üçün əla nəticədir. Mövsüm başlayandan bəxtimiz gətirmədi. Buna görə də komandada hər kəsin üzünün gülməsi gözəl oldu”.