S.Peres: Podiuma layiq idim

Red Bull komandasının sürücüsü Serxio Peres podiumu əldən verdiyi üçün çox məyusdur.

F-1.az xatırladır ki, meksikalı sürücü Niderland yarışına yeddinci yerdən başlasa da, yarışın startından sonra yağan yağışdan istifadə edərək, liderliyə yüksəlib. Lakin komanda yoldaşı Maks Ferstappen pitlərdən sonra yenidən liderliyi ondan alıb. Bundan sonra Çeko rahat formada ikinci yerdə getsə də, əvvəlcə yarışın sonlarında yağan bərk yağışa görə yerində fırlanıb və üçüncülüyə geriləyib.

33 yaşlı pilot restartdan sonra isə pit yolunda sürət limitini aşdığı üçün 5 saniyə zaman cəzası alıb və 4-cü yerə razı olub.

Serxio Peres: “Yarışda xaos ortamı var idi. Çox dəyişiklik oldu və startda verdiyimiz gözəl qərarlardan sonda bəhrələnə bilmədik.

Podiumu əldən vermək də çox pis oldu, çünki yarışda podiuma sona qədər layiq idik.

Qayda-qaydadır. Belə cəzalar qaydaları çox yaxşı formada qoruyur. Bəli, komanda çox sürətli idi və onları təbrik edirəm.

Heyif ki, keçid təkərlərində olarkən daha çox yağışın yağacağını güman edə bilmədik. Əks halda yarışın ilk yarısında limitlərdə sürə bilərdik və liderliyimizi qoruyardıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*