S.Peres: “Performansımdan razıyam”

Əbu Dabidəki yarışı 8-ci yerdə bitirən Serxio Peres performansından razı qalıb.

F-1.az xatırladır ki, meksikalı 101 xal toplayaraq, Force İndia komandasının tarixində ən çox xal toplayan sürücü olub.

Peres yarışın əvvəlində Hülkenberq ilə mübarizə aparmış və finiş xəttini rahatlıqla keçmişdi.

Serxio Peres: “Yarışdakı performansıma görə sevincliyəm. Başladığım yerdə bitirdim. Ümumi olaraq, sakit yarış oldu. Yarışın əvvəlində Niko ilə mübarizə apardıq və daha sonra o, fərqi artırmağa başladı və tək qaldım. Nikonu keçmək üçün təkərləri gücə saldım və nəticədə ondan geri qaldım. Yarışın sonunda isə Felipenin təzyiqi oldu, amma mən müdafiə oluna bildim. Komanda olaraq gözəl nəticə aldıq.

İndi isə ailəm və dostlarımla vaxt keçirtmək istəyirəm. Bu uğurlardan sonra gözəl tətilə layiqik. Bir az dincəlib, gələn ilə daha yaxşı formada başlamaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*