F-1.az xatırladır ki, Serxio yarışı beşinci yerdə başa vurub.
Serxio Peres: “Ümumiyyətlə, yaxşı nəticədir. Sıralanma turunda bir müddət maşına inamımı itirdim, amma bir gecədə çox dəyişiklik etdik və nəticə verdi.
Mən yaxşı start aldım, üç və ya dörd mövqe qazandım, sonra DRS-dən istifadə edən bir qrupun içində oldum.Yüksəlmək çox da asan deyildi – hamı Hard-a keçəndə təkərlər demək olar ki, köhnəlməmişdi. Bəlkə də yarışın əvvəlində bir az daha aqressiv olsaydım, yarışı daha yüksək yerdə başa vura bilərdim. Amma bu vəziyyətdə beşinci yer və ən sürətli dövrəni vurmaq məni qane edir.
Ümumiyyətlə, bu yarış bir neçə həftədən sonra Bakıda keçiriləcək mərhələ öncəsi məndə özümə inam artırdı. Növbəti yarışı səbirsizliklə gözləyirəm”.