F-1.az bildirir ki, meksikalı sürücü son yarışa komanda yoldaşı Okondan 10 xal öndə başlayacaq. Əgər son yarışda fransalı sürücü Peresdən 11 xal çox toplamasa, 27 yaşlı sürücü “orta qrupun çempionu” olacaq.
Serxio Peres: “Komanda olaraq mövsümdən razıyıq. Hər il inkişaf edirik. Sürücülər Çempionatında 7-ci olmaq əla nəticədir. Təbii ki, önümüzdə daha bir yarış var, amma Əbu Dabini sevirəm və gözəl nəticə üçün əlimdən gələni edəcəm. Burada son illərdə çox güclüyəm. Trasın çox gözəl konfiqurasiyası var və ötmələrə əlverişlidir.
VJM10-u son dəfə sürəcəm və buna görə məyusam. Bu il bolidimiz əla idi və son yarışda həzz almağa çalışacam”.