F-1.az xatırladır ki, Force İndia İspaniya yarışı üçün bəzi yeniliklər gətirib və bunlardan ən vacibi yeni ön qanaddır.
Serxio Peres birinci sərbəst yürüşlərdə yeni detalları sınaqdan keçirərək bildirib ki, yeni ön qanad onları əlavə asfalta yatma qüvvəsi ilə təmin edəcək və buna görə də onlar təkərləri daha asanlıqla nəzarət altında saxlayacaqlar: “Ön qanadımız çox zəif idi və istədiyimiz kimi işləmirdi. Deyəsən, yeni detalların hesabına bu problemi həll etmişik.
Sadəcə ön qanadın iş rejimini yox, təkər yeyilməsini də bu yeniliklərlə həll edəcəyik.
Bu barədə çox danışmayacam, amma bolid gözlənilən performansı göstərə bilmirdi. Buna görə də fərqli sazlanmalarla problemləri həll etməyə və təkərləri nəzarətdə saxlamağa çalışırıq”.
Peres əlavə edib ki, yeni ön qanad hesabına bolidi sürmək daha rahat olacaq: “Yaxşı addım atmaq istəyirik. Biz yaxşı dövrə zamanı atmağı yox, daha çox dövrə vurmağı seçmişik və gördük ki, bolidi idarə etmək daha rahatdır.
Təkərləri çox tez yeyirdik və biz bilirdik ki, bunun üçün doğru addımlar atsaq, təkərlərin ömrünü uzada bilərik. Təkər yeyilməsini həll etdik və bu bizə strategiya cəhətdən kömək edəcək. Yəni ki, artıq daha aqressiv olacayıq.
Digər komandalarda da yeni paketlər var. Biz düşünürdük ki, rəqiblərdən geri qalırıq, amma bu yeniliklər bizi rəqiblərimizə bir az da yaxınlaşdıracaq”.