S.Peres: “Okonu görmədim”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Okonun hücum edəcəyini gözləyirmiş.

F-1.az xatırladır ki, iki sürücü Eau Rouge döngəsində yan-yana gəlmiş və Okon komanda yoldaşının ara təkərinə çırpılaraq həm öz ön qanadını zəfələyib, həm də komanda yoldaşının təkərini partladıb. Bu hadisədən sonra Peres mübarizəni dayandırdığı halda, Okon 9-cu ola bildi.

Serxio Peres: “Orada olduğunu bilirdim, ancaq yer olmadığını da bilirdim. Mən trayektoriyamı qorudum. Düşünürdüm ki, Eau Rouge-dan sonra hücum edəcək. Başqa sürücüyə də belə edirəm. Hamı belə edərdi.

O, elə bilir ki, birinci təması bilərəkdən etmişəm və buna görə də ikinci dəfə insident oldu. İlk təmas tamamilə mənim səhvim idi. Ona görə üzr istəyirəm. İkinci də isə çox pozitiv davrandı və orada təmas yaşamağın yeri yox idi. Bakıda da məni divara sıxdı. O vaxtkı gərginliyə görə bunu etdiyini demirəm. Karyeramda ilk dəfə belə şey olur. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı xallar yığarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*