F-1.az xatırladır ki, iki sürücü 2017-2018-ci illərdə komanda yoldaşı olub və bir neçə dəfə təkər-təkərə mübarizə aparıblar. 2017-ci ilin Bakı və Belçika yarışlarında, 2018-ci ilin Sinqapur yarışında təmas yaşayan cütlük komandalarına qızıl dəyərində xallar itizdirmişdilər.
Serxio Peres: “Heç də mükəmməl deyildi. Yarışdan kənarda gözəl vaxt keçirmirdik. Buna görə aramız yaxşı deyildi. Əvvəlki komanda yoldaşlarımla trasdan kənarda da yaxşı münasibətimiz var idi. Bəzi sürücülər yarışmağı və trasdan kənarda necə davranmalı olduğunu bilmirlər. Hamının xarakteri fərqlidir”.