F-1.az xatırladır ki, Peresin adı tez-tez Renault ilə hallanmış, amma meksikalı sürücünün sponsorları ilə Force İndia arasında uzun müddət danışıqlar getmişdi.
Sonda meksikalı sürücü Force İndia ilə, Hülkenberq isə Renault ilə müqavilə bağlamış və hindistanlılar 29 yaşlı sürücünün əvəzinə 20 yaşlı Okonu gətirmişdilər.
Serxio Peres: “Düzünü desəm, bu hadisəyə görə təəccüblənmişdim. Mən bilirdim ki, Niko onların siyahısındadır və mən getməsəm, onu transfer edəcəklər. Mükəmməl sürücü transfer etdilər.
Bu mövsüm kimin doğru qərar aldığını görəcəyik, amma mən burada keçirtdiyim 3 mövsümdən də razıyam”.
Xatırladaq ki, Peres və Hülkenberq 2014-cü ildə Force İndia komandasına gəliblər. Amma almaniyalı sürücü 2011-ci ildə Force İndia-nın test sürücüsü, 2012-ci ildə isə əsas sürücüsü olmuşdu.
Serxio Peres: “Bir yerdə 3 il keçirtdik. Çox tez keçdi. Bir-birimizdən çox şey öyrəndik. Amma Niko üçün yeni macəra yaşamaq vaxtı gəlib. O, bu komandada məndən çox qalıb. Buna görə də yeni insanlarla işləmək və yeni şeylər öyrənmək istəyib. Nikodan çox şey öyrəndim və bu mükəmməl idi”.