F-1.az bildirir ki, meksikalı sürücü İspaniyada yerli qəhrəman Alonsonun arxasında qaldığı üçün məyus olduğunu dilə gətirib: “Səkkizinci olduğum üçün sevincliyəm və özümlə fəxr edirəm. Sözün açığı, sıralanma turunda iki bolidlə də son sessiyaya qalacağımızı düşünmürdüm. Fernando ilə aramızda kiçik fərq var. Onun önündə olub təmiz tərəfdən yarışa başlamaq daha gözəl olardı, amma əlimizdən heç nə gəlmir. Ümumilikdə, nəticədən razıyıq. Bilirdik ki, təkərləri işlədə bilmək çox vacib olacaq. Qızdırma dövrəsində yaxşı iş görmək vacib idi və hər şeyi bir araya gətirdikdən sonra əla nəticə aldıq. Sabah bizi uzun yarış gözləyir. Ötmələr çətin olduğu üçün strategiya çox vacib olacaq. Ümid edirəm ki, bu dəfə də hər iki bolidlə xal qazanarıq”.
S.Peres nəticəyə görə təəccüblənib
Force İndia komandasının sürücüsü Serxio Peres çətin keçən sərbəst yürüşlərdən sonra 8-ci yeri tutduğu üçün sevincli olduğunu deyib.