S.Peres: “Nəticəyə görə əsəbiyəm”

Sıralanma turunda komanda yoldaşından geri qalaraq, 8-ci olan Peres bildirib ki, öz nəticəsindən narazıdır.

F-1.az bildirir ki, Peres sıralanma turunda bir neçə səhv etdiyini və bu səhvlərə görə geridə qaldığını etiraf edib: “Komandanın performansından razı qalsam da, öz performansıma görə narazıyam. Daha yaxşı dövrə ata bilərdim, amma bir neçə səhv etdim. Son cəhdimdə bolidim arxadan sürüşdü və buna görə də yarış trayektoriyamı dəyişdirməyə qərar verdim. Bu da işə yaramadı və 8-ci oldum. Çox yaxşı dövrə ilə  7-ci ola bilərdim, amma Niko da bu gün əla performans göstərdi və komanda olaraq ön qrupun arxasında olduğumuz üçün sevincliyəm. Niko ilə sonuncu dəfə komanda yoldaşı olacayıq. Buna görə də yarışı həyəcanla gözləyirəm. Ümid edirəm ki, ikimiz də yarışı mümkün qədər yaxşı yerdə bitirərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*