F-1.az xatırladır ki, meksikalı sürücü builki Azərbaycan yarışında podiuma yüksələrək, Force İndia komandası ilə bu uğura 5-ci dəfə nail olmuşdu.
Serxio Peres: “Əlbəttə, bu nəticə rəqiblərin başına gələn problemlərə görə qazanıldı. Amma əlinizə bir fürsət düşərsə, bu təsadüf deyil. Bakıda əsas mübarizəmiz orta qrupla olsa da, podium qazanaraq gözəl xallar əldə etdik. Renault ilə xal fərqini azaltdıq. Bakıda ən güclü 4-cü komanda biz idik”.