F-1.az xatırladır ki, meksikalı sürücü Monakoda özünə oxşamayıb. Xüsusən də ikinci sessiyada Maks Ferstappenin tempinə cavab verə bilməyib. Nəticədə günü 7-ci yerəd bitirib.
Serxio Peres: “Cümə günün bolidin tempi o qədər də yaxşı deyildi. Birinci sessiya ikincisinə nisbətən mənim üçün daha yaxşı keçdi. Şənbə günü üçün çox şeyin üzərində işləməliyik. Uşaqlarla oturub bunları nəzərdən keçirməli və ən yaxşı tərəfləri seçməliyəm, çünki burada ən xırda detal belə fərq yaradır. Bunlar kiçik şeylərdir və hazırda heç nə görünmür.
Peleton çox yaxındır. Sıralanma turunda real mübarizə olacaq. Buna görə maraqlı sessiya ola bilər. Sıralanma turunda təkərləri yaxşı işlətmək fərq yaradacaq. Onları doğru zamanda yaxşı işlətmək lazımdır”.