F-1.az xatırladır ki, meksikalı sürücü Bakıdakı cümə sərbəst yürüşlərini 1.42.115-lik zaman nəticəsi ilə birinci yerdə bağlayıb.
Serxio Peres: “Monakodan sonra çox inkişaf etmişik. Çox dərin təhlillər apardıq. Nəhayət ki, bolidi anlayıram və necə sürməli olduğumu bilirəm. Mövsümün ən yaxşı cümə günüdür. Yaxşı məlumat topladıq və boliddə özümü çox rahat hiss edirdim. Məncə, mübarizənin içində olacağıq. Ümid edirəm ki, sıralanma turunda yaxşı dövrə vurarıq. Hədəfim poul qazanmaqdır”.