F-1.az xatırladır ki, meksikalı sürücü startda Lekleri keçərək liderliyi ələ alıb və yarış ərzində yerini qoruyaraq, qalib gəlib. Lakin Peres təhlükəsizlik maşını arxasında səhv etdiyi üçün hazırda araşdırılır. Belə ki, o təhlükəsizlik avtomobili arxasında 10 maşınlıq yer qoymayıb.
Serxio Peres: “Niyə araşdırıldığımı bilmirəm. Mənə radiodan dedilər ki, araşdırılırsan və fərqi açmalısan. Mən də belə etdim.
Ən yaxşı performanslarımdan biri idi. Qızdırma dövrəsi çox çətin idi. Amma yarışı nəzarətdə saxladım. Son dövrələr çox gərgin idi. Boliddə hiss etməsəm də, düşəndə hiss edirdim. Bu gün qələbə üçün hər şey etdim”.