F-1.az xatırladır ki, meksilalı sürücü Montsada 2012-ci ildə podiuma yüksələ bilib.
Serxio Peres: “İtaliyanı və Montsanı çox sevirəm. Bura mənim ən çox sevdiyim yarışlardan biridir və tiffozilər çox möhtəşəmdirlər. Bütün həftəsonu ərzində mükəmməl atmosfer yaradıb sizi rahatlada bilirlər. Onların enerjisinə heyranam. 2017-ci ilin bolidləri ilə buradakı sürətli döngələri keçmək həzz verəcək. Belçikada bunu sınadıq və möhtəşəm idi. Burada da eynisini gözıəyirəm.
Montsada gözəl xatirələrim var. 2012-ci ildə iki Ferrari-ni trasda keçərək, podiuma yüksəlmişdim. Özümü Meksikada hiss edirəm”.