F-1.az xatırladır ki, Peres keçən il Monakoda 3-cü yeri tutaraq, podiuma yüksəlmişdi. Qeyd edək ki, Force İndia komandası bu il bütün yarışlarda iki sürücüsü ilə finiş görən və xal qazanan yeganə komandadır.
Serxio Peres: “İspaniyada bolidi yaxşı təkmilləşdirdik. Monakoda bu üstünlükdən istifadə etmək istəyirik. Sıralanma turunda bir az sürətli olmalıyıq. Monakoda bu çox vacibdir və kiçik səhv bütün həftəsonunuza pis təsir edə bilər. Son yarışda Red Bull ilə fərqi azaltdıq. Məqsədimiz onlarla mübarizə aparmaqdır. Ümid edirəm ki, bacararıq”.