F-1.az xatırladır ki, Red Bull komandası əsasən sürətli döngəlrədə və düzlüklərdə çox sürətli təsir bağışlayır. Ancaq Monako trasının quruluşuna görə onların builki qələbə seriyası sona çata bilər, çünki tras əsasən yavaş döngələrdən ibarətdir. Buna görə də “qırmızı öküzlər”in altıyarışlıq qələbə seriyası sona çata bilər.
Serxio Peres: “Qətiliklə deyirəm ki, ən güclü olduğumuz tras deyil. Güclü tərəflərimizi göstərmək çox çətin olacaq. Məncə, şənbə günü təkərlərimizi yaxşı qızdırmalıyıq. Burada qələbənin açarı budur. Ən güclü olacağımız tras deyil. Görək. Bura Monakodur və hər şey baş verə bilər.
Burada Fernandonun və Ferrari-lərin güclü olacaqlarını gözləyirəm. Mercedes də yarışa qoşula bilər”.
Qeyd edək ki, Red Bull komandası burada son iki yarışda qalib gəlib.