F-1.az xatırldır ki, meksikalı sürücü yarışa 11-ci yerdən başlasa da, o rəqiblərini keçərək, finişə 4-cü yerdə çatıb. O, Mercedes sürücüləri ilə fərqi bağlasa da, onları keçə bilməyib və podiuma həsrət qalıb.
Serxio Peres: “İlk dövrədə səbirli davranmalı idik. Lazımsız risklərə ehtiyac yox idi. Sadəcə səbirli olmaq lazım idi. Mən də elə etdim. Daha sonra yüksəlsək də, Corcdan bir az arxada finişə çatdım.
Mercedes yarışda çox sürətli idi. Bütün yarış ərzində güclü tempdə getdilər. Bilirdim ki, podium mənim üçün çətin olacaq. Düşünürdüm ki, mübarizə Corcla yox, Karlosla olacaq. Daha sonra Corcun doğrudan da güclü olduğunu gördüm”.