S.Peres: Məqsəd Maksa kömək etmək idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, əsas məqsədi Ferstappenə kömək etmək olub.

F-1.az xatırladır ki, meksikalı sürücü Maks Ferstappenə hava kisəsi vermək üçün trasa öndə çıxıb və bunu edib. Nəticədə Maks 0.3 saniyə fərqlə poul qazanıb.

Serxio Peres: “Əsas məqsəd son sessiyada Maksı dəstəkləmək idi. Maksimumu etdik. Hava kisəsi qüsursuz idi. İndi isə yarışı düşünməliyik. Bilirdik ki, bu gün Mercedes-lə bacarmaq çətin olacaq. Məncə, komanda işini yaxşı gördük. Təkrar sınasaq, səhv edərik. Lakin bu dəfə hər şey qaydasında idi. Maksa görə sevinirəm. Onu dəstəklədim və ümid edirəm sabah da dəstəkləyərəm.

Kaş üçüncü olardım. Üçüncü yeri son döngədə itirdim. Yenə də komanda olaraq yaxşı nəticə qazandıq. Sabah yaxşı start almağı və yüksəlməyi hədəfləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*