S.Peres: Maşın başqa cür oldu

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sıralanma turunda maşın başqa cür işləyib.

F-1.az xatırladır ki, meksikalı sürücü üçüncü sərbəst yürüşlərdə güclü görünsə də, sıralanma turunda dovşana dönüb. 32 yaşlı pilot poul sahibi Leklerdən 0.5 saniyə geri qalaraq, 4-cü yeri tutub.

Serxio Peres: “Sıralanma turu yaxşı keçmədi. Boliddə özümü rahat hiss etmədim. Trasına yavaş hissələrində balans problemi var idi. Ön və ya arxa tərəf sürüşürdü. Yəni ki, balans pis idi. Hər şeyi pis günə qoydu.

Son sessiyadakı ilk dövrəm biabırçılıq idi. Təkərlər çox soyuq idi və bu da bizi geriyə saldı. İkinci dövrəm yaxşı olsa da, ikinci sektorda itirdim və bu, problem idi. Orada sürüşmə çox olduğu üçün heç nə edə bilmədik. Bir az da sürətli olsam, ikinci yeri tuta bilərdim. Buna görə məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*