F-1.az xatırladır ki, hindistanlı milyarder özünün Kingfisher aviaşirkətinin müflis olaraq kreditorlara borclu qaldığına görə həbs olunmuş, amma daha sonra azadlığa buraxılmışdı. Lakin Force İndia komandası bu müddətdə yarışlardan vacib xallar qazana bilmişdi.
Serxio Peres: “Komanda hazırda yaxşı vəziyyətdədir. Viceyin də bu gedişatdan razı qaldığını düşünürəm. Ümid edirik ki, işlər onun üçün qaydasında gedər. O pozitiv insandır və gözləyirik ki, bizə qoşulsun. Ümid edirik ki, qısa müddət ərzində reallaşar”.