F-1.az xatırladır ki, meksikalı sürücü 2012-ci ilin Malayziya yarışında Alonso ilə qələbə uğrunda mübarizə aparmış və ikinci yeri tutmuşdu. Bu, Peresin karyerasındakı ilk podiumu idi.
Serxio Peres: “Malayziya mənim üçün çox vacibdir. 2012-ci ildə Formula1-də ilk podiumumu burada qazanmışdım. Mənim üçün xüsusi gün idi. Sinqapurdan sonra yenə çox isti yarış olacaq. Keçənilki yarış karyeramın ən isti yarışı idi. Bazar günü bol-bol tərləyəcəm. Hava müəmmalıdır. Birdən fırtına başlaya bilər və ya 5 dəqiqə ərzində tras quruya bilər. Çox isti və nəmli hava var. Hər il burada xüsusi yarışlar olur. Sepanqın təqvimdən çıxması məyusedicidir”.