S.Peres: Maksla aramda böyük hörmət var

Red Bull-un meksikalı sürücüsü komanda yoldaşı arasındakı ilə münasibətindən danışıb.

F-1.az xəbər verir ki, Çeko Maksla arasında insanların düşündüyündən daha çox hörmətin olduğunu deyib.

Serxio Peres: “Biz bir-birimizə insanların düşündüyündən daha çox hörmət edirik. Pərdə arxasında komandada gözəl ab-hava var. Qarajın hər iki tərəfi arasında böyük hörmət var. Düşünürəm ki, ikimiz də nəyin doğru, nəyin yanlış olduğunu başa düşəcək qədər yetkinik. Nə qədər ki, belədir, mən heç bir dəyişiklik gözləmirəm.

Heç kim Maksdan yaxşı formada deyil, buna şübhə yoxdur. Komandası və maşını ilə birlikdə o, şübhəsiz ki, məğlub edilməsi ən çətin olandır. Ona görə də hər həftə sonu əlimdən gələni etməliyəm və yüksək səviyyəmi göstərməliyəm. Maksın komandada olması sizi mütləq özünüzün ən yaxşı versiyasına çevirir. O, səni maksimumunu göstərməyə məcbur edir”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*