F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Peresi keçib. Lakin meksikalı sürücü Leklerlə ikincilik mübarizəsi verdiyi üçün Ferstappendən yerini istədi. Komandası isə meksikalı sürücüyə söz verdi ki, Maks son dövrədə yerini ona verəcək. Amma ikiqat Dünya Çempionu centlmenlik razılığına məhəl qoymayıb. Əvəzində radiodan komandasına “bir də məndən belə şey istəməyin” deyib. Peres isə radiodan Ferstappen üçün “əsl üzünü göstərdi” deyib.
Serxio Peres: “Mənə dedilər ki, Maksa yol ver. Əgər o Alonsonu keçə bilməsəydi, yerini qaytaracaqdı. Ona nə dedilər bilmirəm. niyə belə etdi anlamıram. Ondan soruşmalısınız. Deyəcək sözüm yoxdur. Düzünü desəm, onun üçün etdiyim şeylərdən sonra məni məyus etdi. Çox təəccübləndim.
Şarlı Əbu Dabidə keçməyə çalışacağam. Bu həftəsonu çox zəif idik. Ümid edirəm ki, Əbu Dabidə normal tempimizə qayıdarıq”.