S.Peres: Maks qələbəyə layiq idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, komanda yoldaşı Maks qələbəyə daha çox layiq olub.

F-1.az xatırladır ki. meksikalı sürücü yarışa pouldan başladığı halda, Maks 9-cu yerdən start alıb. Lakin Peres əlindəki qızıl fürsətdən yararlana bilməyib və yarışın sonlarında Ferstappenə keçilərək, ikinci yerə razı olub. Bundan sonra çempionatda iki sürcü arasındakı fərq də 6-dan 14-ə yüksəlib.

Serxio Peres: “Bu gün əlimdən gələn hər şeyi etdim. Məncə, Medium təkərləri tez yeyildiyi üçün ilk pitə qədər olan dövr bərbad idi. Bu da yarışımızı təhlükəyə atdı, çünki təkər cəhətdən elə də böyük fərqimiz yox idi.

Maks bu gün çox güclü idi. Hard təkərdə tempi çox yüksək idi və qələbəyə sonuna qədər layiqdir. Yarışda nəyin səhv getdiyini təhlil etməliyik, çünki tempimiz yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*