Serxio Peres: “İkinci yerdən başlamaq pis deyil. Son sessiyada daha da yaxşı nəticə göstərə bilmədim. Xüsusilə də, ilk cəhddə. Amma yenə də pis deyil. Biz ilk cərgəni tutduq. Maks bu gün mənə kömək etdi – son cəhddə vahid komanda kimi çıxış etdik. İndi isə sabaha hazırlaşmalıyıq, çünki həftəsonunun ən vacib günüdür. Çox ümid edirəm ki, sabah yarışı yaxşı keçirə biləcəyik. Ferrari çox inamlı görünür, maraqlı olacaq”.
S.Peres: Maks mənə kömək etdi
F-1.az xəbər verir ki, sıralanma turunda ikinci yer tutan Serxio Peres komandanın 25-ci dəfə yarışa ilk cərgədən başlamasına kömək edib.