S.Peres: Maks ilə danışdıq

Red Bull-un meksikalı sürücüsü bildirib ki, komanda yoldaşı ilə arasında problem yoxdur.

F-1.az xatırladır ki, bugünkü sprint yarışının startında Peres Ferstappeni geridə qoyub, lakin niderlandlı sürücü bir qədər sonra yerini qaytarıb. Bu hücum Çekonun xoşuna gəlməyib və dərhal etirazını bildirib. Yarışdan sonra da ikilinin danışdığı müşahidə edilib.

Serxio Peres: “Yaxşı start aldıq. Lakin sonra Maksa keçilməm eyni zamanda Nikonun da arxasına düşməmlə nəticələndi. Bu da mənə vaxt itkisinə başa gəldi. Onu ötmək çətin idi.

Nikonu keçdikdən sonra ancaq təkər qorumağa diqqət etdim. Onu ötməsəydim, hamının sliklərə keçdiyi bir vaxtda yerimi qorumaq asan olmayacaqdı.

Maks ikinci döngədə baş verənlərə görə mənə əsəbi idi, lakin mən onu görməmişdim. Daha sonra gördüm və yer verdim. İlk döngədəki səhvimdən sonra müdafiə olunmağa çalışdım. Onunla danışdıq və hər şey qaydasındadır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*