Lakin podiuma çıxmağa çox yaxın olan “Çeko” Maks Ferstappenin hücumuna müqavimət göstərə bilməmiş və yekunda dördüncü olmuşdu.
Serxio Peres: “Maraqlı və gərgin yarış idi. Podiumu son iki dövrədə əldən verdim, lakin Maks çox sürətli idi. Onu arxamda saxlaya bilməzdim. Bir qədər təəssüf edirəm, amma nəticəyə sevinməliyik, üstəlik belə qarışıq bir yarışda və belə bir şəraitdə. Belə bir yarışda finiş görmək qələbəyə bərabərdir. Dördüncülük də böyük nailiyyətdir. Akvaplanlama riski hər an var idi. Hər bir dövrəni başa vurduqdan sonra özümü daha yüngül hiss edirdim. Bu, tək mənim üçün yox, komandamız üçün də böyük nəticədir, çünki biz Mühəndislər Kubokunda vacib xallar qazandıq. Bəli, Əbu Dabidə hər şey baş verə bilər, lakin bugünkü nəticədən razı qalmalıyıq”.