F-1.az xatırladır ki, meksikalı sürücü Fransada bərbad yarış keçirmiş və podiumdan kənarda qalmışdı.
Serxio Peres: “Fransa yarışı mənim üçün məyusedici oldu. Orada tempim az idi və özümü maşında narahat hiss edirdim. Nəyin səhv olduğunu anlamaq üçün komanda ilə işləyirik. Podiumu əldən verdiyimiz üçün məyusam. Virtual təhlükəsizlik maşını bizim üçün səhv vaxtda işə düşdü. Daha sonra isə restartda problemlər yaşadım.
Macarıstanda tətildən əvvəl son yarışa gedirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”