F-1.az xatırladır ki, meksikalı sürücü Braziliyadakı sprint yarışına 9-cu yerdən başasa da, yekunda 5-ci olub. O bugünkü yarışa Saynsın cəriməsinə görə 4-cü yerdən start verəcək.
Serxio Peres: “Sözün açığı mən Soft təkərlə başlamağın tərəfdarı idim. Mercedes ikinci sektorda sürətlidir və təkərləri yaxşı qoruyur. Bunun üzərində işləməliyik. Sıralanma turunda da Şarlın arxasında ilişib qaldım və əsəbpozucu idi. Buna görə Şarlı günahlandırmıram. Mənim səhvim idi, amma məni bu qədər saxlayacağını düşünməmişdim”.