F-1.az xatırladır ki, meksikalı sürücü yarışın son döngəsində Leklerə hücum edib və monakolu sürücü trasdan kənara çıxaraq yerini qoruyub. Buna görə də Ferrari komandasının pilotunun nəticəsinə 5 saniyə əlavə olunub.
Bununla da Peres yarışı ikinci yerdə bitirib və Suzukada ilk dəfə podiuma yüksəlib.
Serxio Peres: “Şarla qarşı bir az təlaşlı davrandım. Həmişəki kimi yaxşı çox yaxşı yarışırdı. Bir-birimizə qarşı sıx mübarizə aparırdıq. Sonda bir hücum etməyə çalışdım, amma təkərləri bloklayaraq, şikanı kəsdi. Aldığı cəza ədalətlidir.
Honda üçün əla nəticədir. Bütün yapon azarkeşlər inanılmaz idilər. Maksın çempionluğu gözəl xəbərdir”.