F-1.az xatırladır ki, hindistanlılar 2016-cı ildə mükəmməl performans göstərərək, konstruktorlar çempionatında 4-cü yeri tutmuşdular. Force İndia komandası bu mövsümə də əla başlayıb və hazırda 17 xalla 4-cü yerdə – orta qrupun lideridir.
Serxio Peres: “Bəhreyndən sonra komandamla fəxr duyduğumu demişdim. Heç vaxt təslim olmadıq və gözəl nəticələr qazanmaq üçün əlimizdən gələni etdik. Hər yarışdan xal almağa davam etdik. Bəhreyndə sıralanma turunda 18-ci olduqdan sonra işimizin çətin olduğunu düşündüm, amma mükəmməl performans göstərərək, finişdə 7-ci olduq. Mövsümə əla başladıq. Aldığımız nəticələrdən razıyıq. Komanda yarışı yaxşı oxuyur və mükəmməl strategiyalar tətbiq edir. Bu, komandanın gücüdür.
Soçi ilə bağlı xoş xatirələrim var. Burada 2015-ci ildə podiuma yüksəlmişdim. Bu il də mümkünsüz deyil. Deyəsən, 3-cü döngəni bütün sürücülər sevir. Çünki orada bolid yüksək yüklənməyə məruz qalır. Digər döngələr də şəhər tipli trasları xatırladır. Ötmə etmək çətin olduğu üçün sıralanma turu çox vacib olacaq”.