S.Peres komandasına görə sevinclidir

Force İndia komandasının sürücüsü Serxio Peres 6-cı yerdə bitirdiyi yarışdan sonra bildirib ki, komanda olaraq əla nəticə qazanıblar.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışa 9-cu, komanda yoldaşı Okon isə 10-cu yerdən başlasa da, yekunda müvafiq olaraq 6-cı və 7-ci yerləri tutmuşdular. Hər iki sürücü startda Hülkenberqi keçdikdən sonra yarışın sonunda Massanın əlavə pit-stopundan istifadə edərək bir pillədə irəliləyərək komanda üçün mövsümün ən yaxşı nəticəsini əldə etmişdilər.

Serxio Peres: “Altıncı yerə görə xoşbəxtəm. Esteban da 7-ci oldu və komanda üçün vacib xallar qazandıq. Mühəndislər Kubokunda yenidən 4-cüyük və mən də sürücülər çempionatında 7-ci yerə yüksəldim. Ən sürətli 4-cü komanda olduğumuzu yenidən isbatladıq. Trasda mübarizəyə çox girmədik. Çünki öndəki və arxadakı komandalarla fərq tez çoxaldı. Strategiya cəhətdən də yaxşı işləyərək, 6-cı oldum. Yenə də əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik və Rusiyadan yaxşı xallarla ayrılırıq. Bu tempimizi Barselonada da davam etdirmək istəyirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*