F-1.az xatırladır ki, meksikalı sürücü poulda olan Leklerdən 0.022 saniyə geridə qalaraq, ikinci yeri tutub.
Serxio Peres: “Komandam bu gün əla işlədi. Düzgün qərar verdi və mən də sevincliyəm. Sağlam iş gördük. Poulu 0.022 saniyə fərqlə əldən vermək məyusedicidir, ancaq komanda olaraq yaxşı nəticə qazandıq. Startda Şarla hücum etmək və qalib gəlmək üçün şansımız var”.