F-1.az xatırladır ki, Peres Kanadada pit-stopdan sonra daha təzə təkərlərlə sürətli olan Okona yerini verməmiş və komanda yoldaşı tərəfindən tənqid edilmişdi.
Serxio Peres: “Komandam üçün yarışıram. Komandaya əlimdən gəldiyi qədər çox xal qazandırmağa çalışıram. Bu yarışda mümkün olan ən yaxşı nəticəni qazandıq. Esteban məni keçə bilərdi, amma yaxınlaşa bilmirdi. Rikkardonu mən keçə bilmədim. Okon da keçə bilməzdi. Daniel sürətlənmədə çox güclü idi. Komanda Estebana yol verməyimi istəyəndə önümüzdə dövrəvi sürücülər var idi. Düşündüm ki, Daniel traffikdə vaxt itirər. Onu keçmək üçün 0.2-0.3 saniyəyə ehtiyacım var idi. Onun çətinlik çəkdiyini və Ferrari-lərin yaxınlaşdığını bilirdim.
Mən həmişəki kimi öz yerimi qorudum. Bir dəfə yer dəyişdirdim. Daxili trayektoriyanı tutdum, çünki Sebastyan bir dövrə əvvəl daxili trayektoriyadan məni keçmişdi. Əgər sürətli idisə, xarici trayektoriyadan keçərdi”.