F-1.az xəbər verir ki, Serxio komandanın öz aralarında mübarizə aparmağa icazə verdiyini qeyd edib.
Serxio Peres: “Düşünürəm ki, Maksla indi eyni səviyyədəyik. Mənim onun qədər imkanlarım var, xüsusən də indi – mövsümün əvvəlində. Komanda bizə döyüşməyə icazə verir, biz Ciddədə və Bakıda bunu etmişik. Yarışa bilərik. Bakıda neçə dəfə divara sürtündüyümüzü də bilmirəm – hər an vəziyyət hər birimiz üçün pis gedə bilərdi. Düşünürəm ki, Red Bull artıq komandanın belə vəziyyətlərdə necə davranmalı olduğunu göstərib.
Mövsümün əvvəlindən görürük ki, təsnifat mərhələsində rəqiblərlə aramızdakı fərq minimaldır. Əgər bir yerdə təkərlərdən maksimum nəticə əldə edə bilmiriksə, o zaman Ferrari bizdən üstün olur. Yarışlara gəlincə, indi, xüsusən şənbə günlərindəki formamızla müqayisədə çox xoş üstünlüyümüz var. Melburnda sıralanma turunda mənim başıma gələnlər bir neçə amilin birləşməsinin nəticəsi idi. Mən o problemləri yaşamamalıydım, amma indi Melburnda baş verənləri unudub yoluma davam etməliyəm. Bütün diqqətimi Mayami mərhləsinə və bu həftəsonu məni gözləyən tapşırıqlara yönəltmişəm”.
Qeyd edək ki, Peres burada qalib gələrsə, çempionatda liderliyə yüksələcək.