F-1.az xatırladır ki, meksikalı sürücü yarışda lider idi, amma komanda ona əmr verərək, Ferstappeni önə buraxmasını istədi. Beləliklə, Peres qələbəni əldən verərək, ikinciliyə razı olubdu.
Serxio Peres: “İspaniyada ilk dəfə podiuma çıxdığım üçün sevincliyəm. Qələbəyə yaxın idim. Komanda üçün əla nəticədir. Buna görə sevinirəm.
Fərqli strategiyalarda idik. Əvvəl Maksın keçməsinə icazə verdim. O anda strategiyama görə vaxt itirmək istəmədim. Ancaq yenə də komanda üçün əla nəticədir”.