S.Peres komanda əmrinə qarşıdır

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, komandası növbəti mövsümdə komanda əmri tətbiq etməməlidir.

F-1.az xatırladır ki, son iki mövsümdə Mühəndislər Çempionatında 4-cü olan Force İndia komandasının sürücüləri Okon və Peres bu il bir neçə dəfə insident yaşamışdılar. Buna görə də komanda iki sürücünün yarışmasını yasaqlamışdı.

Serxio Peres: “Gələn ilin necə çətin keçəcəyini anlamalıyıq. Renault və McLaren bizim üçün ciddi təhdid olacaqlar və onlarda komanda əmri olsa, mübarizə aparmaq çətin olacaq. Bundan başqa gələn ilin ilk yarışından güclü bolidə ehtiyacımız var. Bu il bizim üçün yaxşı olsa da, rəqiblərimiz təkmilləşməkdədir. Onlara cavab verməliyik. Belçikadakı insidentdən sonra Okonla aramız dəymişdi, amma daha sonra problemləri danışaraq həll etdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*