F-1.az xatırladır ki, 29 yaşlı sürücü 2011-ci ildə başladığı Formula1 karyerasında 167 Qran Pridə iştirak edib və 8 dəfə podiuma yüksəlib.
Serxio Peres: “Formula1-də nə baş verəcəyini bilməzsiniz. Burada çox qalmayacağam. 2021-ci ildə podiuma yüksələ bilməsəm, karyeramı bitirəcəm. Lakin komanda olaraq müsbət düşünürük və güclü olmaq üçün əlimizdən gələni edirik. Gələn il güclü olacağıq. Hər şey yaxşı görünür. Komanda potensialına bələddir. Çox işləyirik”.