S.Peres itən xallara görə məyusdur

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Mühəndislər Kubokuna görə Səudiyyə Ərəbistanında mübarizəni dayandırmaq pis olub.

F-1.az xatırladır ki, meksikalı sürücü ikinci restartda Şarl Leklerlə təmas yaşayaraq mübarizəni dayandırıb. Mercedes bundan sonra Red Bull-la fərqi 28-ə qaldırıb.

Serxio Peres: “Komanda üçün yaxşı həftəsonu olmadı. Mühəndislər Kubokunda vacib xallar itirdik. Buna görə də Əbu Dabidə işləri öz xeyrimizə dəyişməliyik.

Birinci qırmızı bayraqda bəxtimiz gətirmədi. Lakin ikinci restartda yaxşı start aldıq. Pyer Qasli və Şarl Lekleri keçdik. Üçüncü döngədən çıxarkən orada hamı üçün yer yox idi. Şarlla təmas etdik. Sağ ön təkəri ilə arxa təkərimi deşdi. Hamı üçün pis oldu, amma bəxtimiz gətirmədi. Heyif oldu, çünki bu xallara ehtiyacımız var idi. Mühərriyi təzədən işə salmaq istədim və maşından çıxmadım. Restart alacağımızı düşündüm, amma problem böyük idi. Buna görə də mübarizəni dayandırdıq.

Komanda üçün vacib yarış idi. Buna görə də məyusam, ancaq Əbu Dabi üçün ümidim var. Əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*