F-1.az xatırladır ki, meksikalı sürücü Emiliya Romanya Qran Prisinin sıralanma turunda 7-ci yeri tutub.
Serxio Peres: “Məyusedici gün idi. Lakin bu həftəsonunun başlanğıcıdır. Bəzi şeyləri səhv etdik və uğursuz oldum. Təkərləri qızdıra bilmədim. Ən sürətli dövrəmdə belə istədiyim kimi asfaltla ilişmə yox idi. Ən sonda isə qırmızı bayraqlar mane oldu. Təmiz dövrə vura bilmədim.
Əsas hədəfim sprint yarışında yerlər qazanıb, əsas yarışa yaxşı yerdən başlamaqdır”.