S.Peres işçilərə tekila göndərib

Red Bull komandasının sürücüsü Serxio Peres komandanın işçilərinə təşəkkür etmək üçün hərəyə 1 butulka tekila göndərib. Bu isə 1400 butulka tekila deməkdir.

F-1.az xatırladır ki, meksikalı sürücü bu mövsüm iki yarış qazanmış və Red Bull-un Mühəndislər Kubokunu qazanmasına kömək etmişdi. Buna görə də o bütün işçilərə meksika istehsalı olan tekila göndərib.

Serxio Peres tekilanın yanında məktub da yazıb: “Builki işlərinizə və dəstəyinizə görə təşəkkür edirəm. Red Bull ailəsinin bir hissəsi olduğum üçün sevincliyəm. Hamınıza xoş istirahət arzulayıram. Qutudakı bir nömrəli və yüksək keyfiyyətli Patron tekilasından həzz alın. Gələn il üçün səbirsizlənirəm. Şərəfinizə”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*