F-1.az xəbər verir ki, FİA bu il sürücüyə edilən köməkliklərə məhdudiyyət qoyub. Bu il yarışların startında sürücülərə daha az kömək ediləcək və radio danışıqlarında məhdudiyyətlər artacaq.
Serxio Peres yeni qaydalarla bağlı fikirlərini bildirib: “Xüsusən də ilk döngə bütün sürücülər üçün adrenalinli olacaq.
Çox maraqlı vəziyyətdir. Bu il yarışlara qeyri-müəyyənliklərlə başlayırıq. Vaxt keçdikcə hamı yeni qaydalara öyrəşəcək, amma bu müddət ərzində bütün yarışlarda qarışıqlıq düşə bilər.
Yeni qaydaları, xüsusən də ilişmə muftası ilə bağlı yeni qaydaları test edirəm. Belə görürəm ki, sürücü ilişmə muftasını vaxtında buraxmasa, bolid güc itirir.
Hamımız səbrsizliklə ilk yarışı gözləyirik. Reallıqlar o zaman üzə çıxacaq. Yeni sıralanma turu da maraqlıdır. Bu format yarışda çox şeyi dəyişə bilər”.